Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Zəfər günümüz mübarək !

#Müzəffər Ali Baş Komandan-Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə tarixdə böyük şanlı iz qoyaraq inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən haqq savaşı nəticəsində rəşadətli bə qəhrəman Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında #Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bu gün biz #Qalib Lider İlham Əliyevin möhtəşəm qələbəsi ilə dünyada #Qalib Xalq adını qazanmışıq. #Azərbaycan dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində dünyada öz sözünü böyük əzmlə ifadə edən bir ölkəyə çevrilmişdir.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəman oğullarımıza Allahdan rəhmət diləyirik. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik, Qazilərimizə can sağlığı arzulayırıq !

ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK !