Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin aparatı və onun tabeçiliyinə daxil olan strukturlar öz fəaliyyətini, əsasnaməsini, elektroenergetika sahəsində mövcud qanunvericilik aktlarını, mübadilə və xidmətlər üzrə müqavilələrin tələblərini yerinə yetirərək, qarşıya qoyulmuş və müvafiq sahədə dövlət siyasətinin formalaşmasında muxtar respublikanın mənafeyinə xidmət edən vəzifə və funksiyaların layiqincə həyata keçirilməsi prinsiplərini əsas götürür:
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin balansında 9 Elektrik Şəbəkəsi, eyni zamanda ümumi qoyuluş gücü 244.8 MVt olan iki istilik elektrik stansiyası, beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək-günəş hibrid elektrik stansiyası və bir külək elektrik stansiyası vardır. Bu stansiyalardan on bir ədədi müstəqillik illərində tikilib istismara verilmişdir.