05 mart 2023-cü il tarixdə SOCAR prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində olub. Xidmətin rəisi Namiq Paşayev qonaqları salamlayıb, onları Energetika Xidmətində görməkdən məmnunluq duyduğunu bildirib. Xidmət rəisi Naxçıvan Muxtar Respublikası üzrə ümumi energetika sistemi haqqında, muxtar respublikada son illər yenilənən elektroenergetika infrastrukturu, yeni istehal mənbələrinin yaradılması, cənab Prezident İlham Əliyevin "Yaşıl Enerji" ilə ilə bağlı verdiyi tapşırığa əsasən Naxçıvan Muxtar Respublikasında layihələndirilən böyük həcmli işlər barədə qonaqlara məlumat verib. Son illər energetikanın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.
SOCAR prezidentinin müşaviri Aygün Hüseynova şirkətin qarşıya qoyduğu hədəfləri barədə çıxış edib. Qonaq SOCAR şirkətində Heydər Əliyev ili çərçivəsində təsdiq olunmuş Tədbirlər Planında göstərilən, Naxçıvan Mxutar Respublikası Dövlət Energetika Xidmətində də keçirilməsi nəzərdə tutulan görüşlər barədə danışıb. Görüşdə birgə həyata keçiriləcək tədbirlər barədə razılığa gəlinib, müzakirələr aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.