Sentyabrın 25-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalamışlar.
Bu istiqamətdə Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi, burada həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensialın olması və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracının da mümkün olacağı vurğulanmışdır.