Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Şərur Rayon Elektrik Şəbəkəsində tədbir keçirilmişdir.

Şərur Rayon Elektrik Şəbəkəsində Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.İlk öncə Vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər sovetlər dövrü və müstəqillik illərində Heydər Əliyevin apardığı uğurlu siyasətin Azərbaycanın, həmçinin Naxçıvanın enerji sektoruna verdiyi böyük töhfələrdən bəhs olundu. Çıxış edənlər bildirdi ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən formalaşdırılan uğurlu iqtisadi model əsasında ölkəmizin, o cümlədən muxtar respublikamızın hərtərəfli, dinamik inkişafına şərait yaranmış, bütün sahələrdə olduğu kimi, energetika sistemində də yüksək nailiyyətlər əldə edilmişdir. Naxçıvan Muxtar Respublikasında elektroenergetikanın inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycana rəhbərliyinin ilk dövründə ulu öndərimiz Azərbaycanın enerji sisteminin Zaqafqaziyanın ən böyük enerji sisteminə çevrilməsi üçün gərgin fəaliyyət göstərmişdir.

Sonda Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir.