Naxçıvan Şəhər Elektrik Şəbəkəsində Naxçıvanın 100 illik Yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin Baş mühəndisi Tusi kazımov Naxçıvan Muxtar Respublikasının qədim tarixindən danışarkən Naxçıvanın Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir deye qeyd etdi. Burada insanlar 500-300 min il bundan əvvəl yaşamışdır. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir deye qeyd etdi.
Daha sonra Şəbəkə əməkdaşlarından çıxış edenlər Naxçıvan diyarının Azərbaycanın çoxəsirlik zəngin keçmişində,layiqli yer tutduğunu,ictimai-siyasi həyatında özünəməxsus rol oynadığını qeyd etdilər.Muxtar Respublikanın 100 illik yubileyində muxtariyyətin yaradılmasının zəruri əsasları,1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinin əhəmiyyətindən danışıldı.
Sonda Naxçıvanın qədim tarixi ilə bağlı videoçarx nümayiş etdirilmişdir.