Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na əsasən Naxçıvan Modul Elektrik Stansiyasında əsaslı təmir işləri aparılır

        Gücü 87 meqavat olan Naxcıvan Modul Elektrik Stansiyası Naxcıvan-Culfa magistral avtomobil yolunun 8-ci kilometrində yerləsir. Stansiya 2006-cı ildə dekabr ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən  işə salınmışdır.

        Naxçıvan Modul Elektrik Stansiyası Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyində və elektrik enerjisi ilə təminatında ən önəmli yerə sahib olduğundan “Naxçıvan enerjistemi”nin “Azərbaycan enerjisistemi”nə qoşulmasına qədərki dövrə qədər mühərriklərin əsaslı təmiri, ehtiyat hissələrinin alınması vacib və zəruridir.

        Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 05 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 8.6 prioritet istiqaməti üzrə 8.6.2.2.1 bəndinin icrasını həyata keçirmək məqsədilə ehtiyat hissələrinin alınması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə “Wartsila Services Switzerland LTD” şirkəti arasında “Ehtiyat hissələrinin təhcizatı üzrə “Müqavilə” imzalanmışdır.

        Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən “87 MVt-lıq Naxçıvan Modul Elektrik Stansiyasının əsaslı təmiri” məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə vəsait ayrılmışdır.

     

 Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti ilə “Wartsila Services Switzerland LTD” şirkəti arasında “Ehtiyat hissələrinin təhcizatı üzrə “Müqavilə”nin şərtlərinə əsasən sifariş edilmiş ehtiyat hissələrinin dəyərinin 30%-i ödənilmiş, qalıq məbləğ isə hissələrin tamamı çatdırıldıqdan sonra ödənəcəkdir. Hissələrin çatdırılması 2024-ci ilin fevral ayına planlaşdırılır.

    

  “Dövlət Proqramı”nın icrası ilə əlaqədar haliyədə Naxçıvan Modul Elektrik Stansiyasında 2 №-li mühərrikin 64000 ekvivalent işləmə saatına uyğun  əsaslı təmir işi aparılır. “Vartsila” Azərbaycan MMC-nin üç nəfər mütəxəssisi və stansiyanın mütəxəssisləri tərəfindən işlər qrafikə uyğun olaraq yekunlaşmaq üzrədir. Qurğu sınaq-yoxlama məqsədilə işə salınmış, 50 saatlıq işləmə rejimindən sonra muxtar respublikanın enerjisiteminə ehtiyata veriləcəkdir.

       

Eyni zamanda 2023-cü ilin sonuna qədər əsaslı təmir edilməsi nəzərdə tutulan digər 2 №-li mühərrikin 64000 ekvivalent işləmə saatına uyğun təmir ediləcək hissələri stansiyanın mütəxəssisləri tərəfindən sökülür. Hissələr “Vartsila” Azərbaycan MMC-nin Bakı şəhərində olan emalatxanasına göndəriləcəkdir.