Dövlət Energetika Xidmətində 26 fevral Xocalı Soyqırımının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini Məhərrəm Abbasov Xocalı soyqırımının insanlıq tarixində olan ən qəddar və acımasız şəkildə həyata keçirilən hadisə olduğunu vurğuladı. Ermənilərin tarixdə misligörünməmiş bir vəhşiliyə imza atmalarının Azərbaycanlılar üçün bir ömür boyu yaddaşlardan silinməyəcək izlər buraxdığını, lakin bu gün Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi ilə Xocalı qurbanlarının ruhlarının da azad olnuş olacağını qeyd etdi. Çıxış edənlərdən Miryunis Seyidov və Murad Quluzadə Xocalı soyqırımı haqqında, xarici siyasətdə soyqırımının hüquqi qiymət alınması üçün bu istiqamətdə görülmüş işlərdən bəhs etdilər.