Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il Heydər Əliyev ili elan edilmiş, tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası məqsədilə 11.03.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində və Xidmətin struktur bölmələrində Ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada müxtəlif növ tinglər əkilmiş, ərazilərdə olan ağaclara qulluq edilmişdir.