Naxçıvanın Təbii iqlimi və coğrafi şəraiti bu regionda yaşıl enerji potensialından istifadəyə geniş imkanlar açır.Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mənbələrindən istehsal edilən enerjinin Zəngəzur dəhlizi vastəsilə Naxçıvana oradan isə Türkiyə və Avropaya ötürülməsi qarşıdakı iqtisadi hədəflərdən biri kimi müəyyənləşdirilib. Digər tərəfdən, Muxtar Respublikanın bərpa olunan enerji mənbələri ilə zəngin olması bilavasitə Naxçıvanın özünün potensial enerji dəhlizi kimi rolunu artırır. 2023 cü ilin 11 ayı ərzində Naxçıvanda istehsal olunan enerjinin 33.72%-i alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin kollektivi Xidmətin yaşıllıq ərazisində mütəmadi olaraq ağacəkmə aksiyası keçirməklə təbiətin mühafizəsinə, yaşıllıq zonalarının əhatəsinin genişlənməsinə, gələcəkdə yaşıl enerji konsepsiyasının inkişafına xidmət etmiş olacaqdır.