Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı Dövlət Energetika Xidmətində anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Abbasov vurğulayıb ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər müstəqillik dövründə cəmiyyətin və dövlətin həyatında mühüm və strateji yeri və rolu olan elektroenergetika sahəsinin inkişaf etdirilməsini əsas prioritet kimi müəyyənləşdirib.
Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin İdeyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.