Bu gün Şahbuz Rayon Elektrik Şəbəkəsinin balansında olan 35/10 kV-luq Qışlaq yarımstansiyasında aparılan yenidənqurma işləri çərçivəsində 2500 kV-luq transformator istismar müddətini başa vurduğu üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Yüksəkgərginlik Elektrik Şəbəkəsinin “Yarımstansiya və Laborotoriya” şöbəsinin mühəndisləri tərəfindən operativ fəaliyyət göstərməklə, təmir olunmuş yeni transformator ilə əvəz olundu, daha sonra şöbənin mühəndis heyəti ilə 2500 kVA gücündə olan transformator yoxlanıldı, göstəriciləri müvafiq normalara uyğun olduqdan sonra istismara verildi.