İyulun 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev Şərur rayonunda vətəndaş qəbulu keçirib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, araşdırılması və qanunvericiliyə uyğun baxılması vacib olan məsələlərlə bağlı aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş qəbulunun muxtar respublika üzrə bütün rayonlarda keçirilməsi nəzərdə tutulub.