30 oktyabr 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin "Memarlıq və Mühəndislik" fakultəsinin "Elektroenergetika mühəndisliyi" ixtisasında tələbələrlə görüş keçirilib. Müvafiq fakultə rəhbərliyinin də iştirak etdiyi görüşdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və xidmət rəisinin müavini Məhərrəm Abbasov tələbələrə nəzəri biliklərdən və müasir elektroenergetikanın əsaslarından danışıb, Universitet və Energetika Xidmətinin kadr hazırlığı sahəsində daim birgə fəaliyyət göstərdiyini qeyd edib, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda "Elektroenergetika mühəndisliyi" kafedrasına elektrik ölçü cihazları hədiyyə olunubdur.