03 fevral 2023 cü il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində ötən ilin yekunları, qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Xidmət rəisi Namiq Paşayev muxtar respublikada Energetikanın artan dinamik inkişafından və qarşıdakı prioritetlərdən bəhs etdi. Çıxış edənlərdən Xidmətin şöbə müdirləri Miryunis Seyidov, Müslüm Abbasov və Rasim Həsənov, Modul Elektrik Stansiyasının direktoru Səlami Mütəlov, Şərur Rayon Elektrik Şəbəkəsinin direktoru Həbib Məmmədov 2023 cü ildə görülmüş işlərə dair hesabatla çıxış etdilər.