30.01.2024-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Abbasov Naxçıvan Muxtar Respublikasının qədim tarixindən danışarkən ümummilli liderimizin Naxçıvan hakkında dediyi kimi, “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır” deyə qeyd etdi.Naxçıvan diyarının Azərbaycanın çoxəsirlik zəngin keçmişində,layiqli yer tutduğunu,ictimai-siyasi həyatında özünəməxsus rol oynadığını qeyd etdi.Muxtar Respublikanın 100 illik yubileyində muxtariyyətin yaradılmasının zəruri əsasları,1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələrinin əhəmiyyətindən danışıldı.