Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Energetika infrastrukturunda yaranan fəsadlar aradan qaldırılır.

Muxtar Respublika ərazisində 26 iyun 2024-cü il tarixində axşam saatlarından başlayaraq güclü külək və leysan yağışları ilə müşahidə olunan qeyri stabil hava şəraiti Energetika Xidmətinin elektrik təsərrüfatında bir sıra ciddi fəsadlar törətmişdir.         

         Güclü külək nəticəsində Naxçıvan şəhəri daxilində və Qaraçuq, Bulqan, Qaraxanbəyli, Tumbul, Hacıniyyət kəndlərində, Şərur rayonunun Kərimbəyli, Axaməd, Maxta, Düdəngə, Zeyvə, Mahmudkənd, Siyaqut, Tənənəm, Oğlanqala, Məmmədsabir, Muğancıq Mehrab, Muğancıq Müslüm, Qarxun, Yengicə, Yuxarı Daşarx, Alışar, Çomaxtur, Xələc, Tumaslı, İbadulla və Qışlaqabbas kəndlərində, Babək rayonunun Nehrəm qəsəbəsində, Şıxmahmud, Güznüt, Qoşadizə, Şəkərabad, Vayxır kəndlərində, Sədərək rayonunun Heydərabad qəsəbəsində, Sədərək, Dəmirçi və Qarağac kəndlərində, Kəngərli rayonunun Şaxtaxtı, Qarabağlar, Çalxanqala kəndlərində dam örtüklərinin və iri gövdəli ağacların yüksək, orta və aşağı gərginlikli elektrik verilişi xətlərinin üzərinə aşması qəza açılmalarına səbəb olmuş, adı çəkilən bir sıra kənd və qəsəbələrə elektrik enerjisinin verilməsində qısa müddətli fasilələr yaranmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən ərazilərə əlavə mal - material və texnikalar göndərilmış,   mühəndis-texniki heyət gücləndirilmiş iş rejimində işləyərək elektrik infrastrukturunun bərpası istiqamətində zəruri tədbirləri görməklə əlverişsiz hava şəraitinin törətdiyi fəsadların böyük hissəsini operativ tədbirlər nəticəsində aradan qaldırmış, abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir.

         Energetika Xidməti abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal Xidmətin aşağıda fasiləsiz fəaliyyət göstərən yerli çağrı bölmələrinə məlumat versinlər.

 

  1. Naxçıvan şəhəri - (060) 3757519 - növbətçi, (060) 3757518 - mikrorayon    

      sahəsi, (060) 3757516 - şəhər sahəsi

  2. Babək rayonu - (036) 5513902, (060) 3757550

  3. Ordubad - (036) 5570248, (036) 5570123

  4. Culfa rayonu - (036) 5460616, (060) 3757598

      Əbrəqunus kəndi - (036) 5463005      

  5. Şahbuz rayonu - (036) 5430368

  6. Kəngərli rayonu - (036) 5480143, (060) 3757554

      Qarabağlar kəndi - (036) 5487521, (060) 3757569

  7. Şərur rayonu - (036) 5422606 ; (036) 5422911

  8. Sədərək rayonu - (036) 5490625