Bu gün muxtar respublikamızda elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması sahəsində infrastruktur yenilənir, yeni texnoloji avadanlıqlar quraşdırılır, yeni güc mərkəzləri yaradılır, transformator yarımstansiyaları, yüksək və alçaqgərginlikli hava və yeraltı elektrik verilişi xətləri yeniləri ilə əvəz edilir. Bu istiqamətdə görülən işlər çərçivəsində, Culfa rayonunda yerləşən, sistem əhəmiyyətli, mövcud 132/110/35/10 kV-luq “Culfa” yarımstansiyasının genişləndirilməsi və yenidən qurulmasının inşası işləri aparılır. Yarımstansiyada son texnoloji qurğu və avadanlıqlar quraşdırılır, idarəetmə və qapalı yarımstansiyalardan ibarət olacaq yeni bina inşa edilir. Eyni zamanda yarımstansiyaya yaxın ərazidə yeni 30 kVt külək turbinlərinin də quraşdırılması işləri Naxçıvan MR Dövlət Energetika Xidmətinin mütəxəssisləri tərəfindən davam etdirilir.