Son illər ərzində muxtar respublikada yeni elektrik stansiyalarının tiklib-quraşdırılıb istismara verilməsi, şəbəkəyə daxil olan elektrik enerjisinin paylanılmasını yaxşılaşdırmaq, elektrik enerjisi ötürülməsində texniki itkiləri azaltmaq, avadanlıqların artıq yüklənməsinin qarşısını almaq, enerji təchizatının etibarlılığını yüksəltmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Yeni ötürücü xətlərin layihələndirilməsi və tikintisi, yerlərdə yeni paylayıcı yarımstansiyaların quraşdırılması və köhnəlmiş avadanlıqların yeni texnoloji avadanlıqlarla təmin olunması muxtar respublikada elektronergetika infrastrukturunun yenilənməsində mühüm inkişaf mərhələsi idi. Bu işlərin görülüb həyata keçirilməsində muxtar respublika energetiklərinin yorulmaz fəaliyyəti danılmazdır. Belə ki, müstəqilliyin ilk illərindən başlayaraq, bu günki dövrə qədər çətin enerji blokadasını dəf etmiş, böyük zəhmət hesabına Naxçıvan energetikasında əvəzedilməz fəaliyyətlər göstərmiş, elektrik enerjisi təhülkəsizliyinin qorunub saxlanmasında mühüm işlərin icraçıları olan, tələbatçıların keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində əmək sərf edən energetiklər dövlət tərəfindən hər zaman qiymətləndirilmiş, Onlar fəxri adlarla, orden və medallarla təltif olunmuşlar. Ötən ildə də 20 oktyabr Energetiklər günü münasibətilə ölkə başçısı cənab İlham Əliyevin 22 oktyabr 2022-ci il tarixli “Azərbaycan energetiklərinin təltif edilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən Modul Elektrik Stansiyasının “Maşın” sexinin rəisi Cəfərov Təvəkkül Elbəyi oğlu, Babək Rayon Elektrik Şəbəkəsinin direktoru Tağıyev Mübariz Sabir oğlu və Ordubad Rayon Elektrik Şəbəkəsinin direktoru Rzayev Ramazan Qüdrət oğlu tərəqqi medalı ilə təltif edilmişlər. 17.03.2023-cü il tarixdə Dövlət Energetika Xidmətində təltif olunan energetiklərə medalların təqdim olunma mərasimi keçirilmişdir.