Sentyabr ayının 3-də Dövlət Energetika Xidmətinin əməkdaşları Naxçıvan şəhərindəki "Heydər Əliyev" Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sargi-satışında iştirak ediblər. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.