Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində "8 Noyabr Zəfər Günü" münasibətilə tədbir keçirilib. İlk öncə Xidmətin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər parkında Vətən müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət edib önünə gül dəstələri qoyublar.
Daha sonra Naxçıvan Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlərin məzarına gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Tədbirdən sonra Dövlət Energetika Xidmətinin kollektivi Xidmətinin keçmiş əməkdaşının oğlu, İkinci Qarabağ müharibəsi şəhidi mayor Həsənov Sadiq Əli oğlunun ailəsini ziyarət edib. Xidmətin söbə müdiri Miryunis Seyidov şəhidin ailəsinə Xidmətin kollektivi adından baş sağlığı verib, Şəhid ailələrinin hər zaman diqqətdə saxlanılmasının vətəndaşlıq borcu olduğunu bildirib. Şəhidin ailəsini ziyarət etdikdən sonra Xidmətin kollektivi şəhidin məzarına gül dəstələri qoyublar.