İstehsal olunan və yüksəkgərinlikli elektrik sisteminə daxil olan elektrik enerjisi yarımstansiyalarda müxtəlif nominal gərginlik həddinə gətirilir, enerjini yüksək keyfiyyətlə, etibarlı və dayanıqlı bir şəkildə əhali və qeyri-əhali istehlakçı qruplarına ötürür.
Naxçıvan MR Dövlət Energetika Xidməti 102,5 km uzunluqlu ikidövrəli 154 kV-luq, 4,3 km uzunluqlu 132 kV-luq, 298,1 km uzunluqlu 110 kV-luq, 298,3 km uzunluqlu 35 kV-luq, 3137,8 km uzunluqlu 6-10 kV-luq, 3390 km uzunluqlu 0,4 kV-luq elektrik verilişi xətlərinin və (7x1,2+0,6) km uzunluqlu 110 kV-luq, 158,4 km uzunluqlu 6-10 kV-luq kabel xətlərinin, ümumi gücü 1662,024 meqavatt təşkil edən 4 ədəd 132, 154 kV-luq, 80 ədəd 35,110 kV-luq, 2625 ədəd 10/0,4 və 6-10 kV-luq yarımstansiyaların istismarı ilə məşğul olur.