Naxçıvan Muxtar Respublikasında olan Elektrik Stansiyalarında istehsal olunan enerji yüksəkgərginlikli elektrik verilişi xətləri vasitəsilə müxtəlif güclü açıq və qapalı tip yarımstansiyalara daxil olur, yüksəldici və alçaldıcı güc transformatorlarında nominal gərginlik çevrilməsi ilə şəhər və rayon elektrik şəbəkələrinə sistemli şəkildə paylanılır.
Belə ki, muxtar respublikada qapalı dairəvi tip təşkil edən elektrik enerji sistemi istehlakçıların enerjiyə olan tələbatına uyğun Babək rayonu ərazisində Modul Elektrik Stansiyası, H.Əliyev Su Anbarı üzərində olan Su Elektrik Stansiyası, “Araz” Su Elektrik Stansiyası və Naxçıvan Günəş Elektrik Stansiyası, Kəngərli rayonu ərazisində Qaz-Turbin Elektrik Stansiyası və Kəngərli Günəş Elektrik Stansiyası, Ordubad rayonu ərazisində “Biləv” Su Elektrik Stansiyası, Şərur rayonu ərazisində Şərur Günəş Elektrik Stansiyası, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik Stansiyalarında, Culfa rayonunda Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisini özündə cəmləşdirir.