Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

RƏHBƏRLİK

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi - Namiq Nəriman oğlu Paşayev

Namiq Nəriman oğlu Paşayev 1976-cı il avqustun 17-də Naxçıvan şəhərində anadan olub.

-       1993-1997-cu illlərdə Azərbaycan Texniki Universitetində bakalavr təhsili alıb.

-       1997-1999-cu illlərdə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.

-       1998-2000-ci illlərdə Bakı şəhəri “Azərenerjitəmirsazlama” müəssisəsində mühəndis ,

-       2000-2003-cü illlərdə Naxçıvan Muxtar Respublikası  Energetika İdarəsi Yüksəkgərginlikli Elektrik Şəbəkəsində mühəndis ,

-       2003-2004-ci illərdə Beyləqan rayonunda N saylı hərbi hissədə tağım komandiri olaraq xidmətdə olub.

-       2004-2006-ci illərdə Naxçıvan Muxtar Respublikası Energetika İdarəsində aparıcı mühəndis,

-       2006 cı ildə Naxçıvan Qaz -Turbin Elektrik Stansiyasındə baş mühəndis,

-       2006-2012-ci illərdə Naxçıvan Modul Elektrik Stansiyasında direktor,

-       2012-2017-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində baş direktorun müavini,

-       2017-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Rəisi təyin edilib.

Naxçıvan Muxtar Respublikasının "Əməkdar mühəndisidir".

Azərbaycan, rus və ingilis  dillərində sərbəst danışır.

Ailəlidir. Üç övladı var.

Qəbul günləri: 

 

Hər ayın I və III həftəsinin çərşənbə axşamı günləri 09:00 - 12:30 .

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini - Məhərrəm Hüseyn oğlu Abbasov