Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

HAQQIMIZDA

Naxçıvan MSSR Nazirlər Sovetinin 21 sentyabr 1957-ci il tarixli “Azərbaycan Baş Kənd Təsərrüfatı Elektrik İdarəsinin Naxçıvan Şöbəsinin təşkili haqqında” qərar qəbul edilmiş və 1 sentyabr 1963-cü ilədək “Azkomenerji”nin Naxçıvan İstilik Energetika Stansiyası mövcud olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 2 avqust 1963-cü il tarixli 540 nömrəli Sərəncamına və Azərbaycan SSR Energetika və Elektrofikasiya Baş İstehsalat İdarəsinin 13 avqust 1963-cü il tarixli 58 nömrəli əmrinə əsasən 1 sentyabr 1963-cü il tarixdən ilk dəfə Naxçıvan MSSR-də “Azbaşenerji”nin Naxçıvan Elektrik Şəbəkəsi yaradılmışdır.

“Azbaşenerji”nin 19 mart 1980-ci il tarixində təsdiqlənmiş strukturuna əsasən Naxçıvan Elektrik Şəbəkəsi 1 aprel 1980-ci il tarixdən “Azbaşenerji”nin  Naxçıvan Elektrik Şəbəkələri Müəssisələrinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 21 yanvar 1992-ci il tarixli 22 nömrəli qərarına əsasən Naxçıvan Elektrik Şəbəkələri Müəssisələri tam təsərrüfat hesablı Naxçıvan Muxtar Respublikası Enerji İstehsalat Birliyinə çevrilmişdir. “Azərenerji” Dövlət Şirkətinin 17 oktyabr 1994-cü il tarixli 113 nömrəli əmri ilə  Naxçıvan Muxtar Respublikası Energetika İdarəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2006-cı il tarixli 40-lll FR nömrəli Fərmanına əsəsən Naxçıvan Muxtar Respublikası Energetika İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 aprel 2017-ci il tarixli 59-V FR nömrəli Fərmanına əsəsən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti yaradılmışdır.