Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Enerjİ satışı

Muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq  qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir.

Naxçıvan şəhəri,Sərur,Culfa və Babək Rayonlarında əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smart-kart tipli sayğacların qoyulması işləri davam etdirilir. Haliyədə bu tip sayğacların sayı 32 198–ə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı 98 583 ədəd olmuşdur.

Muxtar respublikada işlədicilərə fasiləsiz və keyfiyyətli elektrik enerjisi verilir.