Naxçıvan şəhəri, AZ 7000, Z.Əliyeva 1/12

(+99436) 545 79 50

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil energetika siyasəti” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

 

Sonra Dövlət Energetika Xidmətinin kollıektivi Heydər Əliyev muzeyində olmuş, Ümummilli Liderin  yaşadığı və fəaliyyət göstərdiyi illəri əhatə edən fotolar, sənədlər və şəxsi əşyalarla tanış olmuşlar. Daha sonra Energetika Xidmətində tədbir davam etdirilmiş, Xidmətin qocaman işçiləri müstəqilliyin ilk  illərində Naxçıvanın yaşadığı elektroenergetika blokadasından , həmin dövrlər Ümummilli Lider  Heydər Əliyevin bu sahədə yorulmaz fəaliyyətindən, enerji təhlükəsizliyinin qorunması istiqamətində müstəqil siyasətindən danışmış, öz xatirələrini bölüşmüşlər. Sonda Heydər Əliyevin həyatı və Energetika sahəsində fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir.